Son günlərdə Almaniyada yoluxmaların sayı rekord sayda artaraq ictimaiyyətdə narahatlığı artırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Almaniyada Covid-19 ilə mübarizə çərçivəsində apteklərdə də peyvəndlər hazırlanmağa başlayıb.
Almaniyada Covid-19 epidemiyası ilə mübarizədə peyvənd kampaniyasını sürətləndirmək üçün bu gündən etibarən apteklərdə peyvəndlərin vurulmasına başlanılıb. Yeni qərar çərçivəsində ilk mərhələdə ölkədəki 18 500 aptekdən 500-də peyvəndlər ediləcək. Almaniya Federal Əczaçılar Assosiasiyası yaxın həftələrdə peyvənd kampaniyasında daha çox aptekin iştirak edəcəyini, hazırda mindən çox aptekdə peyvənd üçün bütün tələblərin olduğunu və 6 minə yaxın əczaçının peyvənd üçün təlim keçdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB