Gürcüstanda COVID-19-dan 54 nəfər ölüb

Gürcüstanda COVID-19-dan 54 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 24 616 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər ölüb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 350 454-ə, ölənlərin sayı isə 15 300-ə çatıb.

Son bir gündə 18 221, ümumilikdə isə 1 124 442 nəfər müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə