NATO bir ilkə imza atdı

NATO “kişi üstünlüyü” görünüşünü yüngülləşdirmək üçün NATO-nun baş katibi postuna qadın namizəd seçiləcək. SİA xarici mətbuata istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberqin Norveç Mərkəzi Bankının sədri təyin olunması ilə əlaqədar boş qalan yerə namizəd axtarışına başlanılıb. Tarixində heç vaxt qadın baş katibin rəhbərlik etmədiyi və buna görə də “kişilərin dominantlıq etdiyi qurum” sayılan NATO-nun bu görünüşü yumşaltmaq istədiyi iddia edilir. Bu səbəbdən NATO-nun baş katibi postuna ilk dəfə qadının təyin oluna biləcəyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə