Yük maşınları nəzarətdən çıxdı

Yük maşınları nəzarətdən çıxdı

Yanvarın 29-dan peyvənd əleyhinə etiraz edən kanadalı yük maşını sürücüləri nəzarətdən çıxıb. Kanadanın Ottava şəhərində fövqəladə vəziyyət elan edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Kanadada minlərlə yük maşını sürücüsü məcburi peyvəndlərə qarşı üsyan edib və yanvarın 29-da öz maşınları ilə Ottavaya daxil olub. O vaxtdan bəri şəhərdə bir çox yolları bağlayan sürücülər korona tədbirlərinə və peyvənd zərurətinə etiraz etmək üçün daim siqnal verirlər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə