Putin Makronla danışıqlarını işgüzar, məzmunlu və faydalı adlandırıb

Putin Makronla danışıqlarını işgüzar, məzmunlu və faydalı adlandırıb

“Bugünki görüşümüz işgüzar, məzmunlu və faydalı keçdi”.

SİA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Putin Makronla Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-ya verdiyi təkliflər sənədini müzakirə etdiklərini bildirib. Rusiya prezidenti bu təkliflərin üç əsas bəndini bir daha xatırladıb. O, NATO-nun şərqə doğru genişlənməməsini, Rusiya sərhədlərində zərbə silahlarının yerləşdirilməməsi və Şimal Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci ilə qədərki sərhədlərə geri çəkilməsinin prinsipial olduğunu bildirib.

Qeyd edək ki, bu gün Kremldə keçirilən Putin-Makron görüşü beş saatdan çox davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə