Türkiyədən Əfqanıstana humanitar yardım aparılır

Türkiyədən Əfqanıstana humanitar yardım aparılır

Əfqanıstanda hökm sürən insan faciəsinə biganə qalmayan Türkiyə, qurbanlara dəstəyini davam etdirir.

SİA xəbər verir ki, Türk Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık və onu müşayiət edən heyət Əfqanıstanın paytaxtı Kabildə humanitar yardım fəaliyyətlərinə qatılıb. Proqram çərçivəsində 100 ailəyə ərzaq, kimsəsiz uşaqlara qış geyimləri paylanılıb. Türkiyənin ərzaq və humanitar yardım daşıyan “Yaxşılıq qatarı” da Əfqanıstan hərəkət edib.

Türk Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık “TRT HABER”-ə açıqlamasında: "Gələn həftə 800 ton ərzaq, humanitar yardım və sağlamlıq ləvazimatları daşıyan qatarımız Əfqanıstana çatacaq. Türkiyədəki 11 qeyri-hökumət təşkilatı və AFAD koordinasiyası ilə bu ölkəyə yola salınan qatardakı yardımlar Əfqanıstan Qızıl Ayparası vasitəsilə 34 əyalətdə paylanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə