Batsirai qasırğasında ölənlərin sayı artıb

Batsirai qasırğasında ölənlərin sayı artıb

Hind okeanındakı adaların üzərində yerləşən Madaqaskarda təsirli olan Batsirai qasırğası nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.

SİA-nın əldə etdiyi məlumata görə, hökumətdən verilən yazılı açıqlamada həftə sonu Antananarivudan 530 kilometr fasilədə cənub-şərqdə yerləşən Mananjari qəsəbəsinə çatan qasırğanın təsirini davam etdirdiyi bildirilib. Qeyd edilib ki, təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirib.

Xatırladaq ki, Yanvarın 27-də Madaqaskarda güclü yağışlar və onun yaratdığı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib. Ölkənin 12 rayonunda 132 mindən çox insan hava şəraiti ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə