MİKTA-nın növbəti sədrliyini Türkiyə təhvil aldı

MİKTA-nın növbəti sədrliyini Türkiyə təhvil aldı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İslamofobiyanın son 20 ildə ən geniş yayılmış irqçilik formalarından birinə çevrildiyini bildirərək, Qitələrarası İqtisadi Əməkdaşlıq Təşkilatı (MİKTA) Parlament sədrlərinə ayrı-seçkilik, islamafobiya və nifrət nitqi meyllərinə qarşı müştərək addımlar çağırıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Meksika, İndoneziya, Türkiyə və Avstraliyanın üzv olduğu MİKTA 7-ci Parlament Sədrləri Toplantısı videokonfrans metodu ilə keçirilib. Avstraliyanın ev sahibliyi etdiyi toplantı ilə MİKTA dövr sədrliyi Türkiyəyə keçdi.

Videokonfrans vasitəsilə "Demokratiyanı Dəstəkləyən Effektiv Parlamentlər" mövzulu toplantıya qatılan mustafa Şentop üzv ölkələri dezinformasiya, nifrət nitqi, irqçilik və ksenofobiya kimi bütün dünyanı təhdid edən mövzularda beynəlxalq konvensiya tətbiq etməyə çağırıb.

Şentop İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15 mart tarixini “Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü” elan etdiyini də xatırladıb.

“İƏT Parlament İttifaqının hazırkı sədri kimi hesab edirəm ki, beynəlxalq ictimaiyyətin sözügedən təhlükəyə qarşı birgə mübarizəmiz üçün bu günü tanıması və qeyd etməsi vacibdir” deyə Şentop qeyd edib.

Şentop miqrasiya məsələsinin də təcili qlobal həllini gözləyən bir məsələ olduğunu vurğulayıb:

"Vaxtında lazımi tədbirlər görülməzsə, qeyri-qanuni miqrasiya və qaçqın böhranı problemi acı gündəm yaratmaqda davam edəcək. İnsanların öz ölkələrində sülh içində və minimum humanitar şəraitdə yaşaya biləcəkləri mühitlərin yaradılması və inkişafı qlobal məsuliyyət daşıyır və bunun üçün parlamentarilər kimi daha çox təşəbbüs göstərməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə