BMT yeni sirr ortaya çıxarıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, Şimali koreyalı hakerlər ölkənin kiberhücumlarda raket proqramını maliyyələşdirmək üçün milyonlarla dollar dəyərində kriptovalyutaları oğurlayıblar. SİA xarici mətbuata istinadən bildirirlər ki, hesabatda 2020-ci ildən 2021-ci ilin ortalarına qədər 50 milyon dollardan çox rəqəmsal aktivlərin oğurlandığı müəyyən edilib. Bu cür hücumlar Pxenyan administrasiyasının nüvə və ballistik raket proqramı üçün "əhəmiyyətli gəlir mənbələri" təşkil edir. İstintaqın nəticələrinin BMT-nin sanksiyalar komitəsinə təqdim edildiyi bildirilir. Şimali Amerika, Avropa və Asiyada ən azı üç kriptovalyuta birjası kiberhücumlarda hədəfə alınıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə