Madaqaskarı vuran qasırğada ölənlərin sayı 10-a yüksəlib

Madaqaskarı vuran qasırğada ölənlərin sayı 10-a yüksəlib

Madaqaskarı vuran Batsirai qasırğası nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib. SİA xarici mətbuata istinadən bildirir ki, şənbə günü Madaqaskarda baş verən Batsirai qasırğasında ölənlərin sayı artır. Ölkənin cənub-şərqində güclü yağış və daşqınlara səbəb olan qasırğa nəticəsində həyatını itirənlərin sayının 10-a çatdığı bildirilib.

Qasırğanın təsirinə məruz qalan ərazilərdə güclü külək nəticəsində ağaclar kökündən qopub, evlərin damları uçub, elektrik dirəklərinin aşması nəticəsində bir çox ərazi qaranlığa qərq olub. Vatovavı bölgəsindəki Nosy Varika qəsəbəsindəki binaların təxminən 95 faizinin dağıldığı və sel səbəbiylə nəqliyyatın təmin olunmadığı öyrənilib.

Qeyd edək ki, qasırğanın indiyədək təxminən 48 min insanı didərgin saldığını bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə