Bətnindən çıxan şey hər kəsi təəccübləndirdi

Bətnindən çıxan şey hər kəsi təəccübləndirdi

ABŞ-da yaşayan Peyc Davenport adlı qadın qarın ağrısı və nizamsız menstrual qanaxma səbəbindən ilk olaraq hamilə olduğunu düşünüb və test etdirib. Test mənfi çıxdıqdan sonra ginekoloqa gedib probleminin nə olduğunu öyrənməyə çalışıb. Lakin o, bətnində gözlədiyindən çox fərqli bir problemlə qarşılaşıb. SİA xarici mətbuata istinadən bildirir ki, ultrasəsdə həyatının şoku ilə üzləşən Peyc "TikTok"da yaşadıqlarını paylaşıb. Peyc hamilə deyildi və bətnində toyuq yumurtası boyda iki 7 düymlük kist var idi. Kistanın səbəbi haqqında danışan Peyc bu saç və dişlərin körpə dölün inkişaf etməmiş bir vəziyyəti olduğunu və sonra kistaya çevrildiyini söyləyib. Davenport bu vəziyyətin ağrıya səbəb olduğunu və ən qısa zamanda əməliyyat olunacağını bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə