Makron Rusiyaya səfər etməzdən əvvəl Baydenlə telefonla danışıb

Makron Rusiyaya səfər etməzdən əvvəl Baydenlə telefonla danışıb

ABŞ prezidenti Cozef Bayden Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyəti müzakirə etmək üçün Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Evdən məlumat verilib.

Ağ Ev bildirib ki, C.Bayden və E.Makron "Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər". Bundan əlavə, iki ölkənin prezidentləri Kiyev də daxil olmaqla, müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə