Ottavada etirazlara görə fövqəladə vəziyyət elan edilib

Ottavada etirazlara görə fövqəladə vəziyyət elan edilib

Kanadanın Ottava şəhər administrasiyası yük maşınlarının sürücüləri tərəfindən koronavirus ilə bağlı məhdudiyyətlərinə qarşı etirazları səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli "CBC" televiziya kanalı xəbər verib.

"[Fövqəladə vəziyyətin elan edilməsi] davam edən nümayişlərin şəhər sakinləri üçün yaratdığı ciddi təhlükəni əks etdirir, və digər yurisdiksiyaların və hakimiyyət dərəcələrinin nümayəndələrinin dəstəyinə ehtiyac olduğunu vurğulayır".

Bütün xəbərlər Facebook səhifəmizdə