Cənubi Koreya Misirə döyüş texnikası verəcək

Cənubi Koreya Misirə döyüş texnikası verəcək

Misir və Cənubi Koreyanın imzaladığı müdafiə müqaviləsinə əsasən “Hanwha Defence” şirkətinin istehsalı olan K9 özüyeriyən haubitsalarının Misirə tədarükü, eləcə də onların istehsalı üçün texnologiyaların ixracı nəzərdə tutulur.

SİA xəbər verir ki, bununla Misir K9-u qəbul edən səkkizinci ölkə olacaq.

Hazırda haubitsa Türkiyə, Polşa, Hindistan, Norveç, Finlandiya, Estoniya və Avstraliyanın hərbi arsenalına daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə