Avropanın 4 ölkərə smisi bu gün Ukraynaya səfər edəcək

Avropanın 4 ölkərə smisi bu gün Ukraynaya səfər edəcək

Avstriya, Almaniya, Slovakiya və Çexiyanın xarici işlər nazirləri bu gün Ukraynaya səfər edəcəklər.

SİA xəbər verir ki, diplomatlar Ukrayna rəhbərliyi ilə görüşməyi, həmçinin Donbasdakı təmas xəttinə baş çəkməyi planlaşdırır.

Almaniyanın xarici işlər naziri Annalena Burbokun səfəri iki gün davam edəcək və ilin əvvəlindən bu günə kimi ikinci səfər olacaq. Onun Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır.Danışıqların əsas mövzuları Normand formatı (Almaniya, Rusiya, Ukrayna, Fransa) çərçivəsində səylərin əlaqələndirilməsi, “Rusiyanı cilovlamaq üçün hərtərəfli paketin” həyata keçirilməsi, ticarət əlaqələrinin inkişafı və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə