Baydenlə Makron arasında daha bir telefon danışığı olub

Baydenlə Makron arasında daha bir telefon danışığı olub

ABŞ və Fransa prezidentləri Cozef Baydenlə Emmanuel Makron bazar günü telefonla Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

SİA xəbər verir ki, söhbət Fransa liderinin Moskvaya səfəri ərəfəsində baş tutub.

“Liderlər Rusiyanın Ukrayna ilə sərhəddə davam edən hərbi güclənməsinə cavab olaraq davam edən diplomatik və çəkindirmə səylərini müzakirə ediblər”, – Ağ Evin danışıqlardan sonra verdiyi bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə