‘‘Rusiyanın Ukraynaya hücumu 50 min adamın ölümünə səbəb ola bilər"

‘‘Rusiyanın Ukraynaya hücumu 50 min adamın ölümünə səbəb ola bilər"

ABŞ ordusu vә kәşfiyyatının rәsmilәri bildirib ki, Rusiya Ukraynanı işğal edәrsә 50 min nәfәr ölә bilәr vә qaçqın hәyatı yaşaya bilәr.

SİA xəbər verir ki, bu barәdә Amerika Birlәşmiş Ştatlarının media orqanları mәlumat yayıb. Mәlumata әsasәn, ABŞ ordusu vә kәşfiyyatının rәsmilәri Konqresә vә avropalı tәrәfdaşlarına Ukrayna-Rusiya böhranı ilә bağlı mәlumat verib. Rәsmilәr bildirib ki, Rusiya Ukraynanı işğal edәrsә 50 min nәfәr ölә bilәr vә 5 milyon adam qaçqın hәyatı yaşaya bilәr.Mәlumatda hәmçinin vurğulanıb ki, Rusiya iki günə Ukraynanın paytaxtı Kiyevi işğal edə bilər.

ABŞ rəsmiləri hesab edirlər ki, Rusiya Ukraynaya hərbi hücum etmək üçün lazım olan qüvvələri hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə