‘‘Ukrayna tәlәb etdiyi silahların siyahısını Almaniyaya verdi’’

‘‘Ukrayna tәlәb etdiyi silahların siyahısını Almaniyaya verdi’’

Ukraynanın tәlәb etdiyi silahların siyahısının Almaniyaya verildiyi irәli sürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin yaydığı xәbәrdә Ukraynanın Almaniyadakı səfirliyinin Almaniya Xarici İşlər Nazirliyinə və bir nüsxəsi dә Müdafiə Nazirliyinə verdiyi məktubda Ukraynanın Almaniyadan gözlədiyi silahların siyahısının yer aldığı bildirilib. Mәktubda tәlәb olunan silahların müdafiә mәqsәdli olduğu vurğulanıb.

Xәbәrә әsasәn, siyahıda orta mənzilli zenit-raket kompleksi, daşınan zenit-raket kompleksləri, mikrodalğalı məhvetmə sistemi, elektron izləmə sistemləri, gecəgörmə cihazları, müşahidə kameraları, rəqəmsal radiolar və radar stansiyaları kimi bir çox silah və hərbi texnika yer alıb.

Almaniya hökuməti böhran və döyüş bölgələrinə ölümcül silahların göndərilməyəcəyini vurğulayaraq Ukraynaya silah verməkdən imtina edir.

Bütün xəbərlər Facebook səhifəmizdə