İndoneziyada yerli turistləri daşıyan sərnişin avtobusu istinad divarına çırpılıb. SİA xarici mətbuata istinadən bildirir ki, qəza nəticəsində 13 nəfər həyatını itirib. İndoneziyanın mərkəzi Yava bölgəsində, Yoqyakartada azı 40 yerli turisti daşıyan sərnişin avtobusu yol kənarındakı istinad divarına çırpılıb.
Qəzada 13 nəfərin öldüyü, digər sərnişinlərin yaralandığı bildirilib.
Qeyd edək ki, qəzanın baş vermə səbəbi hələ də məlum deyil.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB