“Lassa” qızdırması 40 nəfərin ölümünə səbəb olub

“Lassa” qızdırması 40 nəfərin ölümünə səbəb olub
Nigeriyada “Lassa” qızdırmasından son bir ayda azı 40 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb.

2022-ci ilin yanvar ayının dörd həftəsi ərzində “Lassa” qızdırmasına 211 nəfər yoluxub.

Bu günə qədər ölkənin 36 ştatından 14-də qızdırma aşkarlanıb. Xəstəlikdən əziyyət çəkənlər 21-30 yaş arasındadır.

“Lassa” epidemiyası Nigeriyada bir ildən artıqdır ki, davam edir. 2021-ci ildə ölkədə bu xəstəlikdən 80-dən çox ölüm qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB