İran ABŞ-ın sanksiyalarının ləğvinin 6 ay çəkə biləcəyini deyir

İran ABŞ-ın sanksiyalarının ləğvinin 6 ay çəkə biləcəyini deyir

Vyanada nüvə sazişi üzrə razılaşma əldə olunarsa, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi altı aya çəkə bilər.

SIA xəbər verir ki, bu sözləri İran Parlamentinin deputatı Malek Şəriəti deyib.

"Bütün sanksiyaların ləğvi üç aydan altı aya qədər çəkə bilər və burada tələsmək və razılığa gəlmək lazımdır”-deyə o bildirib.

Yanvarın 3-də Vyanada nüvə sazişinin ilkin formada bərpası və ABŞ-ın bu çoxtərəfli sazişə qaytarılması məqsədi ilə danışıqların səkkizinci hissəsi bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə