İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır.

SİA-nın məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa əl-Kazımi ilə telefon danışığı zamanı deyib.

"İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir, lakin Səudiyyə Ərəbistanı buna qarşılıqlı anlaşma və hörmət mühitində hazır olmalıdır", - deyə İran Prezidenti bildirib.

Onun sözlərinə görə, xarici qüvvələr müdaxilə etməsə, regionun bütün problemləri həll etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə