COVİD-ə yoluxan Prezident Ərdoğanın səhhəti YAXŞIDIR

COVİD-ə yoluxan Prezident Ərdoğanın səhhəti YAXŞIDIR

Koronavirusun omikron ştammına yoluxmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhəti yaxşıdır və bu hal onların işinə mane olmur. SİA xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Xoca Twitter hesabında məlumat paylaşıb.

"Omicronun yüngül simptomlarla sürətlə yayıldığı bu dövrdə prezidentimiz və xanımı Əminə Ərdoğanın COVID-19 testi müsbət çıxıb. Onların səhhətləri kifayət qədər yaxşıdır, bu hal işlərinə mane də olmur. Bir daha ən xoş arzularımı bildirirəm. onlara”, deyə nazir yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə