Koalisiya qüvvәlәri husilәrә qarşı әmәliyyat keçirir

Koalisiya qüvvәlәri husilәrә qarşı әmәliyyat keçirir

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri husilәrin Yәmәnin paytaxtı Sәna vә digәr şәhәrlәrdәki mövqelәrinә qarşı әmәliyyat keçirdiyini açıqlayıb.

SİA xəbər verir ki, bu barәdә koalisiya qüvvәlәrindәn verilәn mәlumatda bildirilib. Mәlumatda әmәliyyatın mülki vәtәndaşların qorunması üçün hәyata keçirildiyi bildirilib.

İran tәrәfindәn dәstәklәnәn husilәr son aylarda Sәudiyyә Әrәbistanı vә Birlәşmiş Әrәb Әmirliklәrindәki obyektlәrә qarşı hücumlarını intensivlәşdirib.

Qeyd edәk ki, Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Bütün xəbərlər Facebook səhifəmizdə