ABŞ qoşunları Polşaya çatdı

ABŞ-ın NATO qüvvələrinə dəstək üçün göndərdiyi qoşunlardan birincisi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı narahatlıqlar səbəbindən Polşaya çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Avropaya NATO müttəfiqlərini dəstəkləmək üçün göndərdiyi ilk qoşun qrupu Polşaya gəlib.

Polşa Ordusunun sözçüsü 1700 nəfərlik bölmənin ilk qrupunun Jesionka hava limanına çatdığını və qalanlarının da tezliklə gələcəyini açıqlayıb.

Qeyd edək ki, gələn əsgərlərin 82-ci hava desant diviziyasından olduğu bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə