Hindistanın Kəlküttə şəhərində təkəri partlayan avtobusun pəncərəsindən yola düşən sərnişinlər aşan avtobusun altında qalıblar. Hadisədə 27 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən bildirir ki, Hindistanın Qərbi Benqal əyalətinin Kəlküttə şəhərində avtobusun təkəri partlayıb.
Avtobusun bəzi sərnişinlər pəncərədən yıxılaraq aşmış avtobusun altında qalıblar. Hadisədə can itkisi olmasa da 7-si uşaq olmaqla 9-17 yaş arası 27 nəfər yaralanıb. Sürücüsü hadisə yerindən qaçan avtobusda 50 sərnişin olub.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB