Quyuya düşən uşaq üçün xilasetmə işləri 4-cü gününə girdi

Quyuya düşən uşaq üçün xilasetmə işləri 4-cü gününə girdi

Mərakeşdə quyuya düşən uşaq üçün 4 dündür ki, xilasetmə işləri davam edir. SİA xarici mətbuata istinadən bildirir ki, Mərakeşdə 5 yaşlı uşaq 32 metrlik quyuya düşüb. Xilastemə qrupları güclərini səfərbər edərək 4 gündür ki, uşağı quyudan çıxarmağa çalışırlar. Təxminən 4 gündür quyuda qalan uşaq göndərilən kameralar tərəfindən tez-tez izlənilir.

Qeyd edək ki, xilasetmə əməliyyatı təkcə ölkədə deyil, bütün dünyada canlı izlənilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə