Müğənninin anasına hücum edilib

Müğənninin anasına hücum edilib

"Reynmen" kimi tanınan müğənni və "Youtuber" Yusuf Aktaşın anası Nəsibə Aktaş həyatının şokunu yaşayıb. Evinə basqın edən silahlı Nəsibə Aktaşı qəsb edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanvarın 29-u müğənni Yusuf Aktaşın anası Nəsibə Aktaşa hücum edilib. Aktaşın telefonunu alaraq, həmin yerdən uzaqlaşan şəxsin narkotik istifadəçisi olduğu bildirilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə