İngiltərənin paytaxtı Londonda "Sotheby"s hərracında nümayiş olunmağa başlayan "Eniqma" adlı 555,55 karatlıq qara almaz 3-9 fevral tarixlərində onlayn hərraca çıxarılır. SİA xarici mətbuata istinadən bildirir ki, içərisində qiymətli daşlar olan asteroidin 2,6-3,8 milyard il əvvəl yerə çırpılması nəticəsində əmələ gəldiyi düşünülən və içərisində meteoritlərdə tapılan mineral olan osbornit də fevralın 10-da yeni sahibini tapacaq.
1990-cı illərdə hazırkı sahibi tərəfindən satın alındıqda xam şəklində 800 karat ağırlığında olan "Eniqma" 3 illik emaldan sonra son formasını almışdır. Yaxın Şərqdən ilhamlanan, xurma şəklində kəsilmiş "Eniqma"nın təxminən 3-5 milyon sterlinqə alıcı tapacağı gözlənilir.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB