1 gündə Estoniya qədər pul itirdi

1 gündə Estoniya qədər pul itirdi

"Feysbk"un ana şirkəti olan "Meta" bir gündə 230 milyard dolları əridib. Şirkətin qurucusu Mark Zukerberqin şəxsi sərvətindəki 31 milyard dollar itki Estoniyanın illik ümumi daxili məhsuluna bərabərdir. SİA xarici mətbuata istinadən bildirir ki, "Feysbuk"un aktiv istifadəçilərinin sayı şirkətin 18 illik tarixində ilk dəfə azalsa da rüblük maliyyə hesabatlarının investorları məyus etməsindən sonra səhmlər bir gündə 26,4 faiz rekord həddə düşüb.

Qeyd edək ki, "Feysbuk"un səhmlərinin qiymətinin düşməsi Zukerberqin sərvətindən 31 milyard dolları silib. Bu rəqəm 1,3 milyon əhalisi olan Şimali Avropa ölkəsi Estoniyanın ümumi daxili məhsuluna bərabərdir. Azalmaya baxmayaraq, Zukerberqin şəxsi sərvəti 90 milyard dollar olaraq qiymətləndirilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə