Koronavirus xəstələrinin “Paxlovid” dərmanı ilə müalicəsinə başlanılıb
“Pfizer” şirkəti tərəfindən hazırlanmış koronavirus əleyhinə “Paxlovid” antiviral dərmanı İtaliyada istifadə olunmağa başlayıb. SİA xəbər verir ki, COVID-19 xəstələri üçün hazırlanmış “Paxlovid” dərmanı Romadakı Spallanzani xəstəxanasında 3 gündür virus simptomları olan ürək xəstəsinə verilib.
Beləliklə də İtaliyada koronavirus xəstələrinin dərmanla müalicəsinə başlanılıb.
Qeyd edək ki, yanvarın sonlarında Avropa İttifaqının (Aİ) İnsan Sağlamlığı Komitəsi “Paxlovid” dərmanının istifadəsinə icazə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB