Peruda turistləri daşıyan təyyarə qəzaya uğrayıb

Peruda turistləri daşıyan təyyarə qəzaya uğrayıb

Perunun Naska şəhərində turistləri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. SİA xarici mətbuata istinadən bildirir ki, turistləri daşıyan kiçik təyyarə Perunun şimalındakı Naska şəhərində Mariya Reyşe hava limanı yaxınlığında qəzaya uğrayıb.

Qəzadan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib və təyyarədə olan 7 nəfərin həyatını itirdiyi açıqlanıb.

Qeyd edək ki, təyyarədə bir pilot, bir köməkçi pilot və beş xarici turist olub. Turistlərin kimliyi və hansı ölkədən olduğu barədə məlumat verilməyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə