Ekvadorun paytaxtı Kito şəhərində bazar ertəsi yağan leysan yağışların səbəb olduğu güclü daşqınlar nəticəsində azı 27 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə cümə günü şəhər administrasiyası məlumat yayıb.
“27 nəfər ölüb, 55 nəfər yaralanıb (onlardan 41-i xəstəxanadan buraxılıb, 14-ü xəstəxanada qalıb, 1-nin vəziyyəti ağırdır), 2 nəfər itkin düşüb”, – şəhər administrasiyası tviterdə bildirib. Daha əvvəl 23 nəfərin öldüyü xəbər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB