Somalidə terror aktı törədilib, ölənlər var

Somalidə terror aktı törədilib, ölənlər var

Somalinin Cubaland əyalətində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı 10 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Somali Milli Televiziyası (SNTV) məlumat yayıb.

Məlumata görə, Kismayo şəhərindən çıxan sərnişin avtobusunun marşrutuna partlayıcı qurğu qoyulub.

Hücum nəticəsində azı 10 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə