Rusiya "Şimal axını -2" layihəsində inhisarçı ola bilər

Rusiya "Şimal axını -2" layihəsində inhisarçı ola bilər

Avropa kəskin şaxtalı hava olarsa Rusiyanın “Qazprom” şirkəti bundan öz məqsədləri üçün istifadə edəcək.

SIA xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri məlumat yayıb. Məqalədə Rusiya şirkətinin “Şimal axını – 2” layihəsində inhisarçı ola biləcəyi qeyd olunur.

Almaniya, Avstriya və Hollandiyadakı anbarlarda qaz ehtiyatlarının olmaması səbəbindən vəziyyətin mürəkkəbliyinə diqqət çəkilib

"Əgər bu baş verərsə, Avropa şirkətləri üçün tələbatın kəskin artmasının öhdəsindən gəlmək çətinləşəcək, nəticədə xammal çatışmazlığı yaranacaq", - deyə məqalədə bildirilib.

Moskva Avropanın enerji bazarındakı böhrandan öz məqsədləri üçün istifadə etməyə çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com