Kanada Silahlı Qüvvələri Ukraynaya öldürücü olmayan silahlarla təchiz edilmiş nəqliyyat təyyarəsi göndərib.
SİA xəbər verir ki, bu barədə Şimali Amerika ölkəsinin Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Dünən gecə Kanada Hərbi Hava Qüvvələrinə məxsus C-177 Globemaster təyyarəsi Trenton aviabazasından qeyri-öldürücü silah yükü ilə havaya qalxdı”, - nazirlik bildirib.
Qeyd olunur ki, bu, Kanadanın Ukraynaya dəstəyi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB