"“Şimal axını 2” qaz kəməri də Rusiyaya qarşı sanksiya siyahısındadır"

"“Şimal axını 2” qaz kəməri də Rusiyaya qarşı sanksiya siyahısındadır"

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Rusiya Ukraynanı işğal edərsə, “Şimal axını 2” qaz kəməri də Aİ-nin Moskvaya qarşı sanksiyaları daxilində olacaq.

SİA-nın məlumatına görə, Von der Leyen Almaniyanın “Handelsblatt” və Fransanın “Les Echos” qəzetlərinə birgə müsahibəsində bəyan edib ki, Avropa İttifaqı Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə ona qarşı “hərtərəfli” sanksiyalar paketi hazırlayır.

Von der Leyen “Rusiyadan Avropaya uzanan “Şimal axını 2” qaz kəməri Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıla bilməz, bu aydındır” deyib.

Von der Leyen Rusiyaya qarşı "güclü və əhatəli" iqtisadi sanksiyalar paketi hazırladıqlarını bildirərək, paket daxilində xarici kapitala girişin məhdudlaşdırılması və ixrac nəzarətini ehtiva etdiyini qeyd edib və kəmərin işə düşüb-düşməyəcəyinin isə Moskvanın davranışından asılı olduğunu xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə