...Bu gün Ermənistanda savadlı təbəqəsinin təqribən 95 faizi Nikolun getməsini istəyir. Əslində bu 95 faizlik qüvvənin guya hansısa fiqurun hakimiyyətə gəlməsinin tərəfdarı kimi qəbul etmək də düzgün olmaz. Amma buna baxmayaraq, adıçəkilən qüvvələr çox açıq şəkildə mövcud hakimiyyəti rədd edirlər.
Qeyd edək ki, bu gün aparılan bəzi erməni sorğularına görə, Nikola 25, digər versiyalara görə 20 və hətta 17 faiz səs verənlərin olacağı ehtimal edilir. Ancaq etiraf edilməlidir ki, bu da elə bir böyük əhəmiyyət kəsb etmir. Məsələ bundadır ki, hazırda guya Nikol cəmiyyətin yalnız kiçik bir hissəsinin dəstəyinə sahib olub və yəqin ki, bundan sonra da olacaq. Əslində isə bütün bunlara baxmayaraq, sən demə, Paşinyanın hazırda ölkətə artıq heç bir sabit sosial dayağı yoxmuş(?).
...Nə gözəl! Doğrudan da, Ermənistanda keçiriləcək prezident seçkiləri ərəfəsində həm Robert Koçaryan, həm də elə Serjik Sarkisyanın əlinə yenidən erməni hakimiyyətinə qayıtmaq üçün əla fürsət düşüb. Məgər bu şansdan yararlanmaq olmazmı?
Bəs, görəsən onda, Ermənistanda özünü “əsil ana müxalifət” kimi təqdim edib xeyli tərəfdaşı olduğunu iddia edən “Hayastan” fraksiyası, onun rəhbəri Robert Koçaryan niyə ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək istəmir? Bir halda ki, bu gün Nikol Ermənistanda heç 17 faizlik də “nüfuz sahibi” deyilsə, deməli, Robert Koçaryan və onun tərəfdarları bundan yaxşıca yararlana bilərlər.
Amma, məsələ bundadır ki, həm Robert, həm də Serjik bu gün Ermənistanda özlərinin hansı “nüfuz” sahibi olduğunu yaxşı bilirlər.
Maraqlıdır ki, bir müddət bundan əvvəl ekstrasens kimi çıxış edən Robert Koçaryan Ermənistanda keçiriləcək seçkilərin legitimləşdirilməsində iştirak etməyi qəbuledilməz və yanlış hesab ettmişdi. Buna görə də, o rəhbərlik etdiyi blokun prezident seçkilərində iştirak etməmək qərarına gəldiyini bəyan etmişdi. Ən maraqlısı isə Koçaryan beynəlxalq ictimaiyyətin demokratiyanın tənəzzülü ilə bağlı aşkar faktlara, o cümlədən tək adam diktaturasının formalaşmasına susduğuna “üsyan” etdiyini cəmiyyətə çatdırmağa çalışıb, milli birlik və ictimai həmrəylikdən dəm vurmuşdu...
Yeri gəlmişkən bildirək ki, Robertin tərəddüdlərinə rəğmən, parlament müxalifəti Ermənistan prezidentliyinə öz namizədini artıq müəyyən edib. Deyilənə görə, bu Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri və sonradan ermənilərin Polşadakı səfiri olmuş Edqar Qazaryandır. O da deyilir ki, artıq “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının nümayəndələri Qazaryana “dəstək” nümayiş etdiriblər. Bu gün prezidentliyə namizədin irəli sürülməsini müxalifət üçün böyük şans hesab edən Edqar Qazaryanın özü isə “bunu əldən vermək olmaz” - deyə bildirib.
Daha maraqlı bir məqam. ...Nə bilmək olar, bəlkə 2018-ci ildə Paşinyana dəstək olan erməni xalqı, bu dəfə müxalifətin ətrafında toplanaraq Qazaryanın ardınca gedəcək? Bundan əlavə, hələ kifayət qədər uzaqda olan səsvermə zamanı hakim partiyadan olan deputatların müxalif namizədə üstünlük verəcəyini də istisna etmək olmaz.
Qeyd edək ki, hazırda Qazaryan və himayədarları buna da ümidlidirlər.
Bir sözlə, onlara görə bu, Nikolu yola salmaq, ondan qurtulmaq üçün yaxşı şansdır və bundan mütləq istifadə edilməlidir.
...Belə ki, hazırda Qazaryan öz saymağında olsun,.. amma görək Nikol Paşinyan nə sayacaq. Onu da xatırladım ki, indi baş nazirə qarşı gedənlər, elə də uzaq olmayan keçmişdə Nikolun “ağılsızın biri” olmadığını etiraf edənlərdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB