Almaniyada son 24 saat ərzində 248 min 838 yeni Covid-19 hadisəsi aşkar edilərək gündəlik yoluxmaların sayında rekord qırılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Almaniyada Covid-19-a yoluxma halları artmaqda davam edir. Almaniyada son 24 saatda 248 min 838 yeni yoluxma aşkar edilib, 170 nəfər isə Covid-19 səbəbi ilə ölüb. Ölkə daxilində həftədə 100 min adamda görülən yoluxma sayı 349 min 500 olaraq qeyd edilib.
Qeyd edək ki, epidemiya başlayandan bəri Almaniyada 10 milyon 671 min 602 şəxsin koronovirusa yoluxduğu, 118 min 504 nəfərin öldüyü bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB