Türkiyədə turistləri aparan mikroavtobus aşıb, yaralılar var

Türkiyədə turistləri aparan mikroavtobus aşıb, yaralılar var

Türkiyənin Ərzurum vilayətində turistləri aparan mikroavtobus aşıb. Qəza nəticəsində 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında uşaqlar da var.

SİA xəbər verir ki, hadisə Ərzurumun Palandöken xizək mərkəzinin ərazisində mikroavtobus turistləri oteldən hava limanına apararkən baş verib.

Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə