"ABŞ Suriyada DEAŞ-ın rəhbərini məhv edib"

"ABŞ Suriyada DEAŞ-ın rəhbərini məhv edib"

ABŞ Prezidenti Cozef Bayden Suriyada DEAŞ terror təşkilatının liderinin məhv edildiyini açıqlayıb.

SİA xəbər verir ki, İdlib vilayətində keçirilən əməliyyat zamanı DEAŞ-ın 2019-cu ildən lideri sayılan Əbu İbrahim Əl-Qureyşinin öldürlüdüyü açıqlanıb.

Xatırladaq ki, bundan öncə Pentaqon Suriyanın şimal-qərbində antiterror əməliyyatının keçirilməsi barədə açıqlama yayıb.

Ağ Evin sosial media hesabından Prezident Bayden, vitse-prezident Kamala Harris və Milli Təhlükəsizlik Qrupu üzvlərinin əməliyyatı izlədiyi anların fotosu paylaşılıb.

ABŞ-ın Suriyanın şimal-qərbindəki İdlib vilayətində F-16 döyüş təyyarəsi və bir helikopterin dəstəyi ilə terror təşkilatı DEAŞ-a bağlı olduğu iddia edilən şəxsə qarşı keçirdiyi əməliyyat zamanı aralarında uşaq və qadınların da olduğu 13 nəfər həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə