ABŞ-ın İdlibdəki əməliyyatında ölənlərin sayı artıb

ABŞ-ın İdlibdəki əməliyyatında ölənlərin sayı artıb

ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin Suriyanın şimal-qərbində İdlibdə keçirdiyi antiterror əməliyyatında ölənlərin sayı 13-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,ABŞ Mərkəzi Komandanlığının nəzarətində olan Xüsusi Əməliyyat Qüvvələrinin Suriyanın şimal-qərbindəki İdlibin Atme qəsəbəsində döyüş təyyarələri və helikopterlərin dəstəyi ilə həyata keçirdiyi əməliyyatın balansı artıb. Mülki Müdafiədən verilən açıqlamada 3 ailənin yaşadığı iki mərtəbəli evdə həyata keçirilən əməliyyatda ölənlərin sayının 13-ə yüksəldiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə