Yaponiyada son 24 saatda aşkarlanan 103 min 791 koronavirus sayı yeni rekord qırıb. Ümumi yoluxma sayı 3 milyonu keçib. SİA xarici mətbuata istinadən bildirir ki, gündəlik yoluxma sayı 2 gün dalbadal rekord qıraraq 103 min 791 olaraq qeyd edilib. Ölkədə 3 milyon həddini aşan halların ümumi sayı 3 milyon 26 min 264 olaraq təyin olunub.
Qeyd edək ki, ölkədə covid-19 səbəbi ilə bir gündə həyatını itirənlərin sayı 90, ümumi itki isə 19 min 70 olaraq qeyd edilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB