Yeni Zelandiya Covid-19 pandemiyası səbəbi ilə 2 ildir bağlı saxladığı ölkənin sərhədlərini açmağa qərar verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, sərhədlərin açılması fevral ayında açılacağı planlaşdırılır. Zelandiyanın baş naziri Jakinda Ardern Avstraliyadan gələn tam peyvənd olunmuş Yeni Zelandiya vətəndaşları üçün fevralın 27-dən, digər ölkələrdən gələn tam peyvənd edilmiş ziyarətçilər üçün isə martın 13-dən sərhədlərin açılacağını bildirib. Sərhədlərin açılmasının insanların bir araya gəlməsinə imkan yaradacağını və Covid-19 hadisələrinin artmasını idarə edə biləcəyini söyləyən baş nazir bildirib: "Epidemiyadan əvvəl bir həyat var idi, sonra da olmalıdır. İstədiyimiz hədəfə çatmaq yolundayıq".
Qeyd edək ki, epidemiya başlayandan bəri Avstraliyada 53 ölüm və 17 min Covid-19 hadisəsi aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB