Fuqaku virusun ötürülmə sürətini təsbit etdi

Fuqaku virusun ötürülmə sürətini təsbit etdi

Dünyanın ən sürətli superkompüteri Fuqakunun Covid-19 simulyasiyasının maska ​​taxan insanlarda 50 santimetr məsafədən 15 dəqiqəlik söhbətlər zamanı "Omicron" mutasiyasına yoluxma riskinin təxminən 75 faiz aşağı olduğunu ortaya qoyub. SİA xarici mətbuata istinadən bildirir ki, Covid-19 epidemiyasında "Omicron" mutasiyasının narahatlığı dünya gündəmini zəbt edərkən dünyanın ən sürətli superkompüteri olan Fukaqu ​​virusun ötürülmə sürətinin simulyasiyasını həyata keçirib.

Yaponiyadakı RIKEN Milli Tədqiqat İnstitutundan bir qrup tərəfindən aparılan araşdırmanın bir hissəsi olaraq "Omicron" mutasiyasının keçmiş çoxluq infeksiyalarına diqqət yetirən Fuqaku, virusun damcılar vasitəsilə yayılmasının simulyasiyasını təqdim etdi. Tədqiqatda Fuqaku, 50 santimetr məsafədən maskasız 15 dəqiqə danışanda virusun yüzdə yüz yoluxduğu, maska ​​taxılan zaman isə eyni riskin yüzdə 14 olduğu qənaətinə gəlib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə