ABŞ helikopterlərinin Türkiyə-Suriya sərhədinə enməsi səbəbindən qarşıdurma yaşanıb. SİA xarici mətbuata istinadən bildirir ki, gecə yarısı havaya qalxan helikopterlər Suriya-Türkiyə sərhədindəki Atmeyə enib. Əl-Qaidə ilə əlaqəli qruplarla toqquşmalarda ən azı 12 nəfərin öldüyü bildirilib.
2019-cu ilin oktyabr ayında terror təşkilatı DEAŞ-ın lideri Əbu Bəkr əl-Bağdadini hədəf alan ABŞ-ın rəhbərlik etdiyi koalisiya Türkiyə-Suriya sərhədində növbəti dəfə əməliyyat keçirib. Beynəlxalq xəbər agentlikləri tərəfindən saat 04.32-də “təcili vəziyyət” kodu ilə dünyaya elan edilən basqına qatılan helikopterlər Suriyanın şimalındakı ABŞ bazasından havaya qalxıb. Amerika helikopterləri Türkiyə sərhədinin sıfır nöqtəsində yüz minlərlə suriyalının məskunlaşdığı Atmeyə eniş edib. Müxalifətin nəzarətində olan İdlibdə keçirilən əməliyyatda ABŞ əsgərlərinin hədəfi Əl-Qaidə terror təşkilatına bağlı qruplar olub.
Qeyd edək ki, gecə yarısı başlayan qarşıdurma saatlarla davam edib, partlayışlar sərhədin hər iki tərəfində əks-səda verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB