Moskva sərt reaksiya verdi

Kreml administrasiyası Rusiyanın Ukraynaya müdaxilə ilə bağlı narahatlıqlar fonunda NATO müttəfiqlərinə dəstək vermək üçün əlavə qüvvələr göndərməsini pisləyib. SİA xarici mətbuata istinadən bildirir ki, bu gərginliyi artıracaq və siyasi həll məkanını daraldacaq “dağıdıcı” addımdır.

Ağ Evin bəyanatına görə, Şimali Karolina ştatından təxminən 2000 əsgər Polşa və Almaniyaya göndəriləcək. Almaniyadakı 1000 əsgər Rumıniyaya gedəcək.Ukrayna sərhədi yaxınlığında 100 min əsgəri olan Rusiya ölkəni işğal etməyi planlaşdırdığına dair bütün iddiaları rədd edir.

Moskva da Ukraynanın NATO-ya daxil olması ehtimalına qarşıdır. Yeni yerləşdirilən ABŞ qoşunları Ukraynada döyüşməyəcək, lakin ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək. Bu əsgərlərə əlavə olaraq ABŞ Müdafiə Nazirliyi 8500 əsgərin lazım gələrsə Avropaya göndərilmək üçün hər an hazır olmasını əmr etmişdi.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq edib və ölkənin şərqindəki bəzi ərazilər rusiyayönlü separatçı üsyançıların nəzarəti altında olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə