BMT Təhlükəsizlik Şurası (TŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları ilə bağlı məlumatları müzakirə edəcək.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək.
Bundan əvvəl məlum olub ki, ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib.
Şimali Koreya yanvarın 30-da Yapon dənizinə orta mənzilli ballistik raket atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə