Son gündə 534 britaniyalı koronavirusdan ölüb

Son gündə 534 britaniyalı koronavirusdan ölüb

Böyük Britaniyada son sutka ərzində 88 085 nəfər koronavirusa yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 17 515 199 nəfərə çatıb.

SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 534 nəfər koronavirusdan həyatını itirib. Hazırda Böyük Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 157 409 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə