“Donetsk və Luqanska Rusiyanın istədiyi status verilməyəcək”

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Polşanın “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə ölkənin şərqi ilə bağlı şərhlər verərək deyib...
“Donetsk və Luqanska Rusiyanın istədiyi status verilməyəcək”

Ukrayna ölkənin şərqindəki Donbas bölgəsinə xüsusi statusun verilməyəcəyini vurğuladı.

SİA xəbər verir ki, Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Polşanın “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə ölkənin şərqi ilə bağlı şərhlər verərək deyib: “Donbas bölgəsində Rusiya tərəfdarı ayrı-seçkilik salanların idarəsindəki qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”na Rusiyanın istədiyi kimi xüsusi status verilməyəcək və bölgələrin veto haqqı da olmayacaq.

Donbasda Minsk müqavilələrinin tətbiq olunması ilə bağlı işə hazırıq. Minsk müqavilələri təhlükəsizliklə əlaqəli maddələri əsas tutur, siyasi hissə ikinci yerdə qalır."

Bütün xəbərlər Facebook səhifəmizdə